"Əl-Nəsr"dən 50 milyonluq transfer

"Bayer"in nigeryalı futbolçusu Viktor Bonifeys karyerasını "Əl-Nəsr"də davam etdirməyə yaxındır.

Sportline.az insayder Fabritsio Romanonun məlumatına istinadən xəbər verir ki, Almaniya klubu bu keçid üçün "Əl-Nəsr"dən 50 milyon avro tələb edib.

"Əl-Nəsr"in rəhbərliyi bu məbləği ödəməyə hazırdır.

Qeyd edək ki, Bonifeysin "Bayer"lə müqaviləsi 2028-ci ilin iyun ayına qədərdir.

24 yaşlı forvard bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 15 matçda 8 qol və 1 asistlə yadda qalıb.