"Əl-Nəsr"in "ulduz ovu" davam edir
"Borussiya"nın (Dortmund) futbolçusu Marko Roys adının "Əl Nəsr"lə hallanmasına münasibət bildirib.
Sportline.az xəbər verir ki, alman yarımmüdafiəçi menecerinin Səudiyyə Ərəbistanı klubu ilə görüşdüyünü təsdiqləyib:
"Əlbəttə, gələcəyimi düşünürəm. Müqaviləmin bitməyinə 6 ay qalıb. Menecerim "Əl Nəsr"in nümayəndələri ilə görüşdü. İndi diqqətim "Borussiya"dadır. Qərarımı sonra verəcəm".
33 yaşlı futbolçu bu mövsüm Dortmund təmsilçisində 12 matçda 3 qol, 4 məhsuldar ötürmə ilə yadda qalıb.
"Əl Nəsr" bundan əvvəl Kriştiano Ronaldonu transfer edib.