Ələskərovun komandası 4 milyon qazandı

Azərbaycan milli komandasının üzvü Namik Ələsgərovun yeni klubu "Bursaspor" "Bursa Ayağa qalx" kampaniyasından 4 milyon 86 min lirə (təxminən 830 min manat) gəlir əldə edildiyini açıqlayıb.

Sportline.az xəbər verir ki, bu haqda klub açıqlama yayıb:

“03.08.2021-ci ildə başladığımız hərəkatımızı dəstəklədikləri üçün böyük "Bursaspor camiəsinə təşəkkür edirik. Kampaniyamızda iştirak edənlərin ödənişləri əsasında toplanan məbləğ, ƏDV daxil olmaqla cəmi 4086046 TL-dir".

"Bursaspor" Klubu 85 min lirə məbləğində pulun geri qaytarıldığını da açıqlayıb.