Əliyar Ağayev Avropa Liqasının növbəti oyununda
FİFA referisi Əliyar Ağayev Avroliqanın daha bir oyununu idarə edəcək. SportLine.az xəbər verir ki, bunu PFL prezidenti Ramin Musayev deyib. Onun sözlərinə görə, dəvət gəlsə də, Ağayevin hansı qarşılaşmada söz sahibi olacağı dəqiq bilinmir.
Xatırladaq ki, FİFA referimizin rəhbərlik etdiyi hakimlər briqadamız Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda “Roma” - “Astra” görüşündə ədaləti təmsil edirdi.