Əliyar Ağayev Superliqa matçında

FIFA referisi Əliyar Ağayev Yunanıstan Super Liqasının oyununa təyinat alıb.

Sportline.az xəbər verir ki, o, ölkə çempionatının XXIII turunda VAR (video-köməkçi hakim) sisteminin tətbiq ediləcəyi "Atromitos" - AEL qarşılaşmasını idarə edəcək.

Ağayev ertəsi gün keçiriləcək "Volos" – "Apollon" oyununda isə VAR hakimi olacaq.