Elmar Qasımov karyerasını bitirir?

Rio 2016 Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı, cüdoçu Elmar Qasımov yığmanın məşqlərinə qatılmır.

Sportline.az xəbər verir ki, bu barədə Fanat.Az-a Azərbaycanın kişilərdən ibarət cüdo millisinin baş məşqçisi Mövlud Mirəliyev məlumat verib.

47 yaşlı çalışdırıcının sözlərinə görə, tanınmış idmançı artıq bir həftədən çoxdur ki, məşqlərə gəlmir:

"Arada hər hansı inciklik olmayıb. Məsələ sadəcə özü ilə bağlıdır. Mən belə başa düşürəm ki, bir müddət komandadan ayrı qaldığı üçün məşq-yüklənmələr ona ağır gəlib".

Mirəliyev dünya və Avropa çempionatları medalçısının karyerasını bitirməsiylə bağlı qərar açıqlamadığını bildirib.

Qeyd edək ki, Elmar Qasımov sosial şəbəkədəki qalmaqallı paylaşımlarına görə Tokio-2020 Yay Olimpiya Oyunları ərəfəsində yığmadan uzaqlaşdırılmışdı. Lakin bir müddət əvvəl 30 yaşlı titullu idmançının milli komandaya qaytarıldığı bildirilmişdi.