Elnur Həmidov: "Beşiktaş"la oyunun gələn ay keçirilməsi nəzərdə tutulub"
"Beşiktaş"ın "Sabah" komandası ilə xeyriyyə matçı keçirməsi gözlənilir.
Sportline.az saytına açıqlama verən "Sabah"ın mətbuat katibi Elnur Həmidov klubların arasında danışıqların getdiyini bildirib:
"Beşiktaş"la yoldaşlıq oyununun keçirilməsi ilə bağlı danışıqlar gedir. Oyunun gələn ay keçirilməsi nəzərdə tutulub. Bəzi detallar dəqiqləşəndən sonra ictimaiyyətə bu barədə ətraflı məlumat veriləcək".