Elnur Həmidov: "Minə yaxın azarkeş gözlənilir"

Bu gün saat 19:00-da Azərbaycan Premyer Liqasının 26-cı turunda "Sabah" "Sumqayıt"ı qəbul edəcək.

Sportline.az saytına açıqlama verən "Sabah" klubunun mətbuat katibi Elnur Həmidov bugünkü oyunda 1000-ə yaxın azarkeşin stadiona gələcəyini bildirib:

"Bizim stadionumuzda bilet satışı olmur. Yəni giriş sərbəstdir. Təxminən 1000 nəfərə yaxın azarkeşin gələcəyini gözləyirik. Bu rəqəmin oyuna qədər artmaq ehtimalı da var. Azarkeşlərimizi maraqlı mübarizəni izləməyə dəvət edirik".

Banner