Emil Balayevdən "Qarabağ" seçiminə münasibət

Millimizin üzvü Emil Balayev "Qarabağ"a qayıtdığı üçün özünü xoşbəxt hiss edir.

Sportline.az xəbər verir ki, 26 yaşlı qapıçı "Instagram" hesabında bu barədə post yerləşdirib: "Yenidən "Qarabağ" ailəsinin bir parçası olmaq qürürvericidir!"

Emil 2016-cı ildə Almaniyanın "Ayntraxt" klubundan ayrıldıqdan sonra Ağdam klubuna keçmişdi.

"Neftçi"nin yetirməsi "Qarabağ"dan ayrıldıqdan sonra "Səbail", "Tobol" (Qazaxıstan" və "Zirə"də çıxış edib.