Emil Balayevin seriyası qırıldı

Qazaxıstan çempionatında 30-cu turun oyunları keçirilib.

Sportline.az xəbər verir ki, milli komandamızın qapıçısı Emil Balayevin çıxış etdiyi "Tobol" “Ordabasi” ilə qarşılaşıb. Matç “İnter”in sabiq baş məşqçisi Kaxaber Sxadadzenin çalışdırdığı qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb. Bununla da Emil Balayevin uzunmüddətli quru seriyasına son qoyulub. Onun seriyası 736 dəqiqədə dayanıb.

Qeyd edək ki, bu nəticədən sonra “Tobol” 59 xalla 2-ci pillədə qərarlaşıb. Komandanı lider “Kayrat”dan 3 xal ayırır.