Emil Mustafayev oynadı, komandası heç-heçə etdi

Millimizin üzvü Emil Mustafayevin çıxış etdiyi "Jitomir" klubu Ukrayna Premyer Liqasının 3-cü turunda "İnxulets"lə qarşılaşıb.

Sportline.az xəbər verir ki, "Tsentralnyi" Stadionunda keçirilən görüş 1-1 hesablı bərabərliklə yekunlaşıb.Qonaqlar 41-ci dəqiqədə Vladimir Vilivaldın vurduğu qolla irəli çıxsalar da, 45+2-ci dəqiqədə Nazarenko hesaba tarazlıq gətirib.

Emil Mustafayev 79 dəqiqə meydanda olub.

Qeyd edək ki, "Jitomir" 2 turdan sonra 4 xalla 5-ci pillədə qərarlaşır. Komanda 1 oyun az keçirib.