Emil Mustafayevin komandası "Şaxtyor"u məğlub edib
Millimizin üzvü Emil Mustafayevin çıxış etdiyi "Jitomir" Ukrayna Liqasının 2-ci həftəsində "Şaxtyor" səfərinə yollanıb.
Sportline.az xəbər verir ki, görüş qonaqların 1-0 hesablı qələbəsi ilə başa çatıb. Görüşdə yeganə qolu 35-ci dəqiqədə Çobotenko vurub.
Emil Mustafayev oyunu ehtiyyat oyunçular skamyasından izləyib.
Qeyd edək ki, iki turdan sonra bir oyun az keçirən Jitomir 3 xalla 4-cü pillədə qərarlaşıb.Yarış cədvəlinə 6 xalla "Zorya Luqansk" başçılıq edir.