Emil Mustafayevin komandası vacib oyunda qələbə qazandı

Millimizin üzvü Emil Mustafayevin komandası "Jitomir" Ukrayna Liqasında növbəti qələbəsini qazanıb.

Sportline.az xəbər verir ki, növbəti mövsüm Avrokuboklara qatılmağı hədəfləyən "Jitomir" komandası səfərdə "Krivbas"ı 1-0 hesabı ilə məğlub edib.

Bu qələbə ilə "Jitomir" 46 xalla 6-cı pillədəki yerini qoruyub.

Emil Mustafayev bu oyunda 90 dəqiqə meydanda olub.

Qeyd edək ki, Ukrayna Liqasında ilk 4 pillə Avrokuboklara vəsiqə verir. "Jitomir" ilə 4-cü sıradakı "Dnepr-1" arasında xal fərqi 2-dir.