Emin Mahmudov: "Qələbələr futbolçulara inam verir"

Azərbaycan millisinin yarımmüdafiəçisi Emin Mahmudov səfərdə Şimali Makedoniya seçməsinə qarşı keçirəcəkləri yoldaşlıq oyunundan əvvəl fikirlərini bölüşüb.

Sportline.az xəbər verir ki, o, bu gün baş tutan mətbuat konfransında bunları söyləyib:

“Qazandığımız qələbələr barədə danışmırıq. Hər matç bizim üçün çox vacibdir. Qələbələr oyunçulara inam verir”.

Sabah keçiriləcək Şimali Makedoniya – Azərbaycan matçı Bakı vaxtı ilə saat 17:00-da başlanacaq.