Emin oynamadı, komandası yenə uduzdu

Azərbaycan millisinin üzvü Emin Mahmudovun şərəfini qoruduğu "Boavişta" Portuqaliya Premyer Liqasında növbəti oyununa çıxıb. SportLine.az xəbər verir ki, rəqib "Rio Ave" kollektivi olub.

Doğma meydanda keçirilən görüş "damalılar" üçün uğursuz alınıb. "Boavişta" rəqibin iki qolundan birinə cavab verə bilib.

E.Mahmudovun adı görüşün iştirak ərizəsinə daxil edilməyib.