Ən məhsuldar futbolçuların siyahısı açıqlandı
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) 2022-ci ilin ilk 10 ayı ərzində beynəlxalq matçlarda ən çox qol vuran oyunçuları açıqlayıb.
Sportline.az IFFHS-in rəsmi saytına istinadən xəbər verir ki, siyahının ilk pilləsində 3 oyunçu qərarlaşıb.
Fransanın PSJ klubunun və Argentina millisinin hücumçusu Lionel Messi, İngiltərə "Mançester Siti"sinin və Norveç millisinin forvardı Erlinq Holann, həmçinin Almaniya "Bavariya"sının və Seneqal millisinin futbolçusu Sadio Mane bu vaxtadək beynəlxalq oyunlarda 14 qol vurub.
Messi Argentina millisinin heyətində daha çox fərqləndiyi üçün ilk sıradadır.
Futbolçu |
Klub |
Ölkə |
Qollar |
Cəmi |
||
Klub |
Milli |
|||||
1 |
Lionel Messi |
PSJ (Fransa) |
Argentina |
4 |
10 |
14 |
2 |
Erlinq Holan |
“Borussia” D. (Almaniya), “Mançester Siti” (İngiltərə) |
Norveç |
5 |
9 |
14 |
3 |
Sadio Mane |
“Liverpul” (İngiltərə), “Bavariya” (Almaniya) |
Seneqal |
6 |
8 |
14 |
4 |
Pedro |
“Flaminqo” |
Braziliya |
12 |
1 |
13 |
5 |
Kilian Mbappe |
PSJ (Fransa) |
Fransa |
8 |
4 |
12 |
6 |
Kərim Benzema |
“Real Madrid” (İspaniya) |
Fransa |
11 |
1 |
12 |
7 |
Eldor Şomurodov |
“Roma” (İtaliya) |
Özbəkistan |
1 |
10 |
11 |
8 |
Mohamed Salah |
Liverpool (England) |
Misir |
7 |
4 |
11 |
9 |
Robert Levandovski |
“Bayern” (Almaniya), “Barselona” (İspaniya) |
Polşa |
9 |
2 |
11 |