Ən yaxşı italiyalı futbolçunun adı bilindi

Nüfuzlu "FourFourTwo" portalı Italiya futbol tarixinin ən yaxşı oyunçularının reytinqini açıqlayıb.

Sportline.az xəbər verir ki, siyahıya demək olar ki, bütün İtaliya nəhənglərinin formasını geyinən, dünya çempionatının gümüş və bürünc mükafatçısı, əfsanəvi Roberto Bacco başçılıq edir.

"Milan" fanatlarının kumiri Paolo Maldini ikinci yerdə qərarlaşıb.

İlk üçlüyü isə "Yuventus" sabiq qapıçısı Canluici Buffon qapayır:

Roberto Baco
Paolo Maldini
Canluici Buffon
Cüzeppe Meatsa
Canni Rivera
Françesko Totti
Franko Barezi
Andrea Pirlo
Dino Dzoff
Alessandro Del Pyero