Entoni “Mançester Yunayted”i hansı kluba dəyişir?

“Mançester Yunayted”in brazilyalı futbolçusu Entoni yanvar ayında klubdan ayrılacaq.

Sportline.az insayder Mateo Qonzalesin məlumatına istinadən xəbər verir ki, “Real Betis” Entonini icarə əsasında heyətinə qatmağı planlaşdırır.

“Mançester Yunayted” 24 yaşlı futbolçunun çıxışından narazı olduğu üçün onu klubdan göndərmək qərarına gəlib.

Qeyd edək ki, Entoni “Ayaks”dan “Mançester Yunayted”ə 95 milyon avro qarşılığında transfer olmuşdu.