Erik Ten Haq: "Veqhorstu oynatmağımın səbəbi..."

"Mançester Yunayted"in baş məşqçisi Erik Ten Haq "Beşiktaş"ın sabiq qol silahı Veqhorstu niyə oynatdığını açıqlayıb.

Sportline.az xəbər verir ki, niderlandlı mütəxəssis fikrini belə izah edib: "Veqhorst fiziki olaraq hazırlıqlıdır. Çox sayıda oyuna çıxsa da tez toparlanır. Ona güvənməyimin əsas səbəbi Antoni Marsialın yoxluğudur. Onun zədəli olması ilə əlaqədar Veghorstu strt heyətinə salmaq məcburiyyətində qalıram".

Qeyd edək ki, hollandiyalı futbolçu bu mövsüm "Beşiktaş"dan "Mançester Yunayted"ə transfer olunub.