Erik Ten Haq: Yaxın zamanda əsl De Liqti görəcəksiniz

"Mançester Yunayted"in baş məşqçisi Erik ten Haq hesab edir ki, yarımmüdafiəçi Matias de Lixt yaxın vaxtlarda öz formasını bərpa edə biləcək.

Sportline.az Sky Sport-a istinadla xəbər verir ki, niderlandlı çalışdırıcı öz həmyerlisi ilə bağlı bu fikirləri səsləndirib.

"Tezliklə əsl De Lixti görəcəksiniz. Mövsümöncəsi çətin keçdi, çünki uzun müddət oynamamışdı. O, yalnız "Liverpul"la oyunda start heyətində meydana çıxıb.

O, hələ ritmə düşə bilməyib, amma bunu edəndən sonra onun səviyyəsini görəcəksiniz" deyə 54 yaşlı mütəxəssis bildirib.

Qeyd edək ki, "Mançester Yunayted" bu gün Premyer Liqanın 4-cü turu çərçivəsində səfərdə "Sauthempton"la qarşılaşacaq.