Erlinq Holan üçün yeni müqavilə
"Mançester Siti" superforvardı Erlinq Holan üçün yeni müqavilə hazırlayır.
Sportline.az xəbər verir ki, mançesterlilər 2027-ci ildə bitəcək anlaşmanı uzatmaq niyyətindədirlər.
Bu haqda "Marca" məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, futbolçunun təmsilçiləri yeni müqavilədə xüsusi bəndin olmasını tələb edirlər.
Belə ki, Holan üçün "Real"dan təklif gəlsə, anlaşma avtomatik olaraq qüvvədən düşəcək. Yəni, mançesterlilər bu transferə maneə törətməməlidirlər.
Qeyd edək ki, norveçli hücumçu 2022-ci ildən "Mançester Siti"nin formasını geyinir.
Transfer dəyəri 180 milyon avro olan futbolçu qitənin bir neçə nəhəng klubunun maraq dairəsindədir.