Ermənistan çempionatı "donuz qripi"nə görə təxirə salındı
Cüdo üzrə Ermənistan çempionatı təxirə salınıb.
SportLine.az "Report"a istinadən xəbər verir ki, buna ölkədə "donuz qripi" (H1N1 virusu) hallarının vüsət alması səbəb olub.
Xəstəlik üzündən məşqlərə də fasilə verilməsini nəzərə alan Ermənistan Cüdo Federasiyası, çempionatın 23 yanvardan 25-26 fevral tarixlərinə keçirilməsinə qərar verib. Təxirəsalma ilə əlaqədar digər yaş qrupları üzrə yarışların təqvimində də dəyişikliklər ediləcək.