Ermənistan millisinə yeni baş məşqçi təyin olundu
Ermənistan millisinin yeni baş məşqçisi müəyyənləşib.
Sportline.az xəbər verir ki, bu barədə Ermənistan Futbol Federasiyası məlumat yayıb. Komandanı ukraynalı Aleksandr Petrakov çalışdıracaq.
2021-2022-ci illərdə Petrakov Ukrayna millisini çalışdırıb . O, yanvarın 12-də bu vəzifəni tərk edib. 2022-ci ildə Petrakov Ukrayna millisinin baş məşqçisi kimi UEFA Millətlər Liqasında Ermənistanı 2 dəfə məğlub edib (3:0, 5:0).
Petrakovdan əvvəl Ermənistan millisini ispaniyalı Xoakin Kaparros çalışdırıb.