Ermənistanda Superkubok "Pünik"ə hədiyyə olunub
Ermənistan Futbol Federasiyası Superkubok oyunu ilə bağlı gülünc addım atıb.
Sportline.az xəbər verir ki, titulun son ölkə çempionu "Pünik" klubuna verilməsi qərara alınıb.
Buna İrəvan təmsilçisinin Superkubok matçındakı rəqibi olan Ermənistan Kubokunun son qalibi "Noravank"ın cari mövsümün əvvəlində fəaliyyətini dayandırması səbəb olub.
Reqlamentə əsasən, federasiya sözügedən komandanı kubokun finalçısı ilə əvəzləyə bilərdi. Lakin qaydalara məhəl qoymayan qurum Superkuboku "Pünik"ə hədiyyə edib.