Evan Fergüson İngiltərəni tərk edir

"Brayton"un irlandiyalı futbolçusu Evan Fergüson karyerasını Almaniyada davam etdirəcək.

Sportline.az jurnalist Metyu Lovun məlumatına istinadən xəbər verir ki, "Bayer" (Leverkuzen) E.Fergüsonu transfer etmək üçün "Brayton"la danışıqlara başlayıb.

20 yaşlı futbolçunun icarə əsasında Almaniya klubuna keçmə ehtimalı yüksəkdir.

Qeyd edək ki, Fergüson bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 14 matçda 1 qolla yadda qalıb.

Onun "Brayton"la müqaviləsi 2029-cu ilin iyun ayına qədərdir.