"Everton" "Yuventus"a elçi düşüb
"Everton" "Yuventus"un brazilyalı futbolçusu Duqlas Luizi transfer etmək üçün hərəkətə keçib.
Sportline.az "Give Me Sport" nəşrinə istinadən xəbər verir ki, Turin klubu futbolçu üçün ən azı 35 milyon avro tələb edir.
27 yaşlı yarımmüdafiəçi "Yuventus"dan ayrılmağa isti yanaşır.
Qeyd edək ki, Mersisayd klubunun rəhbərliyi Duqlasın meneceri ilə təmas halındadır.