“Everton”un gözü “Mançester Siti”nin futbolçusuna düşüb

"Mançester Siti"nin niderlandlı müdafiəçisi Natan Ake "Everton"un transfer hədəfinə çevrilib.

Sportline.az xəbər verir ki, bu haqda "Sky Sports" kanalı məlumat yayıb.

30 yaşlı futbolçunun transfer qiyməti 25 milyon avrodur.

Qeyd edək ki, Akenin "Mançester Siti" ilə müqaviləsi 2027-ci ilin yayına qədərdir.