"Everton"un Şonu gəldi

İngiltərənin "Everton" klubunun yeni baş məşqçisi müəyyənləşib.

Sportline.az "Sky Sports"a istinadən xəbər verir ki, Premyer Liqa təmsilçisini Şon Dayç çalışdıracaq. O, bu vəzifədə Frenk Lempardı əvəzləyəcək.

İngiltərəli mütəxəssislə bu gün müqavilə imzalanacağı bildirilib.

51 yaşlı məşqçi 10 il - 2012-2022-ci illərdə "Bernli"ni çalışdırıb. 2016-cı ildə Dayçın rəhbərliyi ilə Çempionşipin qalibi olan "Bernli" Premyer Liqaya yüksəlib.

Qeyd edək ki, "Everton" hazırda turnir cədvəlində sonuncu pillədə qərarlaşıb.