“Əziz Şuşa” beynəlxalq velosiped yarışı başlayıb
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Əziz Şuşa” beynəlxalq velosiped yarışı start götürüb.
Sportline.az xəbər verir ki, Azərbaycan Velosiped Federasiyasının (AVF) Gənclər və İdman Nazirliyi ilə birgə təşkil etdiyi turnirin birinci mərhələsi Veloparkda başlayıb.
Velosipedçilər 150 km məsafə qət edərək Şamaxı rayonunda finiş xəttini keçəcəklər və günün qalibləri mükafatlandırılacaq.
Qeyd edək ki, iyunun 11-dək davam edəcək yarışda dünyanın 14 ölkəsindən 16 komandanın heyətində 100-dən çox velosipedçi mübarizə aparır. Turnir Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya xalları qazanmaq imkanı verəcək.