Əziz Yıldırım: "Mourinyo ilə görüşdüm"
"Fənərbağça"da prezidentliyə namizədliyini irəli sürən Əziz Yıldırım açıqlamaları ilə diqqət mərkəzinə düşüb.
Sportline.az xəbər verir ki, Əziz Yıldırım Trtspor kanalına veridiyi müsahibədə bu fikirləri səsləndirib.
""Fənərbağça" çox cətin 10 ili geridə qoydu.Artıq bu vəziyyəti dəyişmək istəyirik və namizədliyimizi irəli sürmüşük.
Mən keçən həftə Mourinyo ilə üz üzə görüşdüm."Fənərbağça"nın ona, onunda "Fənərbağça"ya ehtiyacı olduğunu dedim. 2004-cü ildə "Porto" ilə nail olduğu uğuru burada da təkrarlaya biləcəyini bildirdim. Əgər biz seçilsək, komandanın başına Mourinyonu gətirəcəm" deyə bildirib.
Qeyd edək ki, Əziz Yıldırımın mayın 25-də keçiriləcək seçkilərdə rəqibi hazırki prezident Ali Koç olacaq.