Fabian Hürzeler İngiltərədə ayın baş məşqçisi seçilib
"Brayton" klubunun çalışdırıcısı Fabian Hürzeler İPL-də avqust ayının ən yaxşı məşqçisi seçilib.
Sportline.az Sky Sport-a istinadla xəbər verir ki, 31 yaşlı mütəxəssisin komandası avqust ayında çıxdığı 3 oyunda 7 xal toplayıb.("Brayton"-"Mançester Yunayted" 2-1, "Everton"-"Brayton" 0-3, "Arsenal"-"Brayton" 1-1).
Hürzeler Premyer Liqada bu mükafata layiq görülən ən gənc baş məşqçi olub.
Qeyd edək ki, "Brayton" liqada növbəti oyununu "İpsviç"ə qarşı keçirəcək.Görüş sentyabrın 14-də saat 18:00-da başlayacaq.