Facoli Tonalini ələ verdi

Qanunsuz pul qoyuluşunda itiham olunan italiyalı futbolçu Nikolo Facoli millidəki komanda yoldaşı Sandro Tonalini ələ verib.

Sportline.az Football Italia nəşrinə istinadla xəbər verir ki, "Yuventus" un yarımmüdafiəçisi bildirib ki, onu bu işə "Nyukasl"ın futbolçusu Sandro Tonali təhrik edib.

Facoli bildirib ki, bu hadisə 2021-ci ildə onlar Italiyanın U 21 millisinin düşərgəsində olanda baş verib.

Sonradan isə davamlı şəkildə bu əməllə məşğul olublar.

Qeyd edək ki, hər iki futbolçu idman oyunlarına qanunsuz mərc etməkdə ittiham olunur.