Faiq Qarayev "Azerreyl"in prezidenti seçildi

Azərbaycan Voleybol Federasiyasının vitse-prezidenti Faiq Qarayev "Azerreyl" klubunun prezidenti təyin olunub.

Sportline.az xəbər verir ki, bu barədə funksioner voleybol üzrə ölkə çempionatlarının açılış mərasimində açıqlama verib.

62 yaşlı mütəxəssis bundan sonra sözügedən kluba rəhbərlik edəcəyini bildirib: "Bu komanda Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılıb. "Azerreyl" bir markadır. Cavid Qurbanovla bu məsələni müzakirə etdik. Komandanın bünövrəsi qurulur. Klubun avrokuboklarda oynamasını istəyirik".

Qeyd edək ki, Faiq Qarayev bu vəzifədə Fərid Xəlilovu əvəzləyib.