Falkao Bekhemin komandasına keçir?
"Qalatasaray"ın kolumbiyalı futbolçusu Radamel Falkao ABŞ-ın "İnter Mayami" klubu ilə razılığa gəlib.
Sportline.az xəbər verir ki, bu barədə "Fotomaç" portalı məlumat yayıb,
Falakonun bu barədə klub sahibi Devid Bekhemlə telefon danışığı zamanı razılığa gəldiyi bildirilir.
Qeyd edək ki, transferin bu həftənin sonuna qədər reallaşması nəzərdə tutulur.