Fatih Terimin cəzası bəlli oldu

Türkiyə Futbol Federasiyası “Qalatasaray”ın baş məşqçisi Fatih Terimi cəzalandırıb.
 
Sportline.az qurumun rəsmi saytına istinadən xəbər verir ki,  67 yaşlı çalışdırıcı 5 oyunluq cəzaya məruz qalıb.

Buna onun “Fatih Karagümrük”lə oyundakı hərəkətləri səbəb olub. Matç zamanı hakimlərə sərt etiraz edən təcrübəli mütəxəssis qırmızı vərəqə almışdı. O, oyundan sonra da hakimlərə qarşı sərt etiraz nümayiş etdirib. Terim həm də 55 min 500 lirə məbləğində cərimə olunub.