“Fənərbağça” 20 yaşlı futbolçu üçün hərəkətə keçib
“Renn”in senaqallı futbolçusu Mikayil Faye “Fənərbağça”nın transfer siyahısında yer alıb.
Sportline.az “Foot Mercato”ya istinadən xəbər verir ki, “Fənərbağça” 20 yaşlı futbolçu üçün qarşı tərəfə 10 milyon avro təklif edib.
Fransa klubu isə “Fənərbağça”dan 15 milyon avro tələb edir.
Qeyd edək ki, Mikayil Fayenin “Renn”lə müqaviləsi 2028-ci ilin iyun ayına qədər nəzərdə tutulub.