"Fənərbağça" azarkeşlərinə qoyulan qadağa ləğv edildi
"Kayserispor" - "Fənərbaxça" matçına qonaq komandanın azarkeşlərinin buraxılmaması qərarı ləğv olunub.
Sportline.az "NTV Spor"a istinadən xəbər verir ki, bu barədə Kayseri 2-ci İdarə Məhkəməsi qərar verib.
Qeyd edək ki, bundan əvvəl Kayseri Təhlükəsizlik Şurası "Fənərbaxça" azarkeşlərinin "Kayseriport"la matçda iştirakına qadağa qoymuşdu. İstanbul təmsilçisinin azarkeşləri fevralın 25-də oynanılan ölkə çempionatının 23-cü turunun təxirə salınmış "Konyaspor"la matçında "Hökumət istefa" şüarı səsləndirmişdi. Kayseri Təhlükəsizlik Şurası "Kayserispor"un stadionunda siyasi şüarların səsləndilməsininin qarşısını almaq üçün bu addımı atmışdı.
Qeyd edək ki, "Kayserispor" - "Fənərbaxça" qarşılaşması martın 4-ü keçiriləcək.