“Fənərbağça Beko” liqaya qələbə ilə başladı
Türkiyə Basketbol Super Liqasının ilk həftəsində “Fenerbahçe Beko” evində “Büyükçekmece” ni 97:85 hesabı ilə məğlub edib.
Sportline.az xəbər verir ki, matçın ən məhsuldar basketbolçusu “Büyükçekçe”nin oyunçusu Jermin Love olub. Oyunçu 24 xal 4 ribaund 5 asistlə yadda qalıb.
“Fənərbağça”da isə ən məhsuldar basketbolçu Sertaç Şanlı olub. 21 xal 3 ribaund 6 asist.
Qeyd edək ki, “Fənərbağça” liqada 4-cü, “Büyükçekmeçe” isə 13-cü pillədə yer alır.