"Fənərbağça" da xeyriyyə matçı keçirəcək: Rəqibi bəlli oldu
"Qalatasaray" və "Beşiktaş"ın ardından "Fənərbağça" da xeyriyyə matçı keçirməyə qərar verib.
Sportline.az xəbər verir ki, bu dəfə rəqib Rusiyanın "Zenit" klubudur.
Oyun martın 23-də saat 20:00-da başlanacaq. Görüşdən əldə olunan gəlir Türkiyədəki zəlzələdə əziyyət çəkənlərə xərclənəcək.