"Fənərbağça" futbolçusu ilə vidalaşdı
"Fənərbağça" klubdan ayrılan Caner Erkinlə vidalaşıb.
Sportline.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. İstanbul təmsilçisi göstərdiyi fəaliyyətə görə 32 yaşlı müdafiəçiyə təşəkkür edib. Klub ona gələcək karyerasında uğurlar arzulayıb.
Qeyd edək ki, Caner Erkin "Fatih Karagümrük"ə keçib.