"Fənərbağça" futbolçusunu milyon yarım avroya satdı

Türkiyənin “Kayserispor” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Sportline.az xəbər verir ki, Super Liqa təmsilçisi “Fənərbağça”dan Mame Tiamı transfer edib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Seneqallı hücumçu ilə 3 illik müqavilə imzalanıb.

“Kayserispor” Tiam üçün İstanbul klubuna 1,5 milyon avro ödəyib.

Tiam 2020-ci ilin avqustundan “Fənərbaxça”da idi. O, bu komandanın heyətində meydana çıxdığı 33 matçda 8 qolla yadda qalıb.