“Fənərbağça” klubu argentinalı futbolçunun transferini həll edib

“Boka Xuniyors”un argentinalı futbolçusu Kristian Medinanın yanvarda klubdan ayrılacağı gözlənilir.

Sportline.az “Milliyet” qəzetinə istinadən xəbər verir ki, “Fənərbağça” klubunun rəhbərliyi Kristian Medina üçün “Boka Xuniyors”a 15 milyon avro təklif edib.

“Boka Xuniyors” klubunun rəhbərliyi bu təklifə müsbət cavab verib.

Qeyd edək ki, Kristian Medina bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 30 matçda 3 qol və 3 asistlə yadda qalıb.