“Fənərbağça” klubunun əsas hədəfi
“Roma” klubunun argentinalı ulduz futbolçusu Pauolo Dibalanın yanvar ayında klubdan ayrılacağı gözlənilir.
Sportline.az “Sözcü” qəzetinə istinadən xəbər verir ki, “Fənərbağça”nın portuqaliya çalışdırıcısı Joze Mourinyo “Roma”dan keçmiş tələbəsi P.Dibalanın transfer edilməsini rəhbərliktən tələb edib.
32 yaşlı futbolçunun transfer dəyəri 10 milyon avrodur.
Qeyd edək ki, Paulo Dibala bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 12 matçda 2 qolla yadda qalıb.