"Fənərbağça" niderlandlı futbolçu ilə anlaşıb

İtaliyanın "Parma" klubunun futbolçusu Ceyden Ostervolde karyerasını Türkiyədə davam etdirməyə yaxındır.

Sportline.az xəbər verir ki, bu barədə italiyalı jurnalist Fabritsio Romano özünün sosial şəbəkə hesablarında paylaşım edib.

O bildirib ki, 21 yaşlı niderlandlı müdafiəçi İstanbul təmsilçisi ilə anlaşıb. Klublar artıq keçid üçün son detalları müzakirə edirlər.

Qeyd edək ki, Ceyden Ostervolde 2022-ci ilin yayından "Parma"da çıxış edir.