“Fənərbağça” niderlandlı oyunçu ilə maraqlanır

İstanbul nəhəngi “Fənərbağça” qış transfer pəncərəsində heyətinə sağ cinah müdafiəçisi transfer edəcəkini açıqlayıb.

Sportline.az “Sabah spor” nəşrinə istinadən xəbər verir ki, “Ayaks”ın 21 yaşlı müdafiəçisi Devin Rensi ilə ilkin razılıq əldə edilib. Gənc oyunçunun yanvarda “Fənərbağça”ya keçidi rəsmləşəcəyi gözlənilir.

Devin Rensinin transfer məbləği 10 milyon avro olaraq bildirilir.

Qeyd edək ki, Devin Rensi bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 12 matçda 1 qol və 1 assitlə yadda qalıb.