“Fənərbağça” Ostervoldenin qiymətini açıqlayıb

"Fənərbağça"nın niderlandlı futbolçusu Ceydon Oostervoldenin adı transfer söz-söhbətlərində hallanmağa davam edir. Bir çox komandanın radarında olan Ostervolde üçün transfer qiyməti artıq müəyyən edilib.

Sportline.az “ntvspor.net”ə istinadən xəbər verir ki, “Fənərbağça” rəhbərliyi oyunçu üçün klublardan ən azı 20 milyon avro tələb edəcək.

Ostervolde “Fənərbağça”ya “Parma” klubundan 6 milyon avroya transfer olunmuşdu.

Qeyd edək ki, niderlandlı müdafiəçi bu mövsüm “Fənərbağça”da 13 matçda forma geyinib.