“Fənərbağça” San Maksimeni transfer etmək istəyir

“Fənərbağça”da icarə əsasında çıxış edən Alen San Maksimenin klubda qalacağı bildirilir.

Sportline.az “Fotomaç” qəzetinə istinadən xəbər verir ki, “Fənərbağça” rəhbərliyi San Maksimen üçün “Əl Əhli”yə 15 milyon avro ödəməyə hazır olduğu qeyd olunur.

Fransalı futbolçu “Fənərbağça”da xoşbəxt olduğunu söyləyib.

Qeyd edək ki, Alen San Maksimen “Fənərbağça” forması ilə bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 15 matçda 2 qol və 3 asistlə yadda qalıb.