"Fənərbağça" "Sportinq"ə 30 milyon avro ödəməyə hazırdır

"Sportinq"in mozambikli futbolçusu Geni Katamo "Fənərbağça"nın transfer siyahısında yer alıb.

Sportline.az "A Bola" nəşrinə istinadən xəbər verir ki, İstanbul klubu 24 yaşlı sağ cinah vingeri üçün 25+5 milyon avroluq təklif hazırlayır.

G.Katamonun meneceri bu həftə Türkiyə klubunun rəhbərliyi ilə görüşəcək.

Qeyd edək ki, futbolçu karyerası ərzində çıxış etdiyi 118 matçda 14 qol 14 asistlə yadda qalıb.