"Fənərbağça" "Trabzonspor"dan üstün oldu

Türkiyə Superliqasında 27-ci tura yekun vurulub.

Sportline.az xəbər verir ki, turun son oyununda "Fənərbağça" "Trabzonspor"un qonağı olub. Matç İstanbul təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

"Trabzonspor" - "Fənərbağça" - 0:1
Qol:
 Pelkas, 76

Bu qələbə ilə xalını 54-ə yüksəldən "Fənərbağça" turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb, "Trabzonspor" isə 48 xalla 4-cüdür. Turnir cədvəlinə 57 xalla "Qalatasaray" başçılıq edir. "Beşiktaş" 54 xalla 2-cidir.