"Fənərbağça" üçün növbəti pis xəbər

Çempionluq ümidləri artıq tükənmək üzrə olan "Fənərbağça"ya bir pis xəbər də İrfan Can Kahvecidən gəldi.

Sportline.az Ntvspor.net-ə istinadla xəbər verir ki, "Konyaspor" ilə oyunun ikinci hissəsində zədələnərək meydandan çıxan edən 28 yaşlı futbolçu mövsümün qalan hissəsini buraxacaq.

İrfan Can Kahvecinin aşağı sol əzələsində 2-ci dərəcəli yırtıq aşkarlanıb.

Qeyd edək ki, səfərdə "Konyaspor" la 0-0 hesabı ilə bərabərə qalan "Fənərbağça" lider "Qalatasaray"ın 6 xal gerisində qalır.